RU

Britaniya İrana zərbə endirmək üçün ABŞ-yə bazalardan istifadə icazəsi verib

BAKI, 2 mart. TELEQRAF

Böyük Britaniya ABŞ-nin İranda raket anbarlarına zərbələr endirmək üçün britaniya hərbi bazalarından istifadə ilə bağlı müraciətini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmer "X" sosial şəbəkəsində yayımladığı videomüraciətdə bildirib.

Onun sözlərinə görə, Vaşinqton konkret və məhdud müdafiə məqsədi ilə raketlərin buraxılış məntəqələrində və anbarlarda məhv edilməsi üçün Britaniya bazalarından istifadə etməyə icazə istəyib və London bu müraciəti qəbul edib.

Starmer vurğulayıb ki, Böyük Britaniya ABŞ-nin İrana qarşı hücumlarına qoşulmayacaq.

“Biz ilkin zərbələrdə iştirak etməmişik və indi də hücum xarakterli əməliyyatlara qoşulmayacağıq”, - deyə o qeyd edib.

Baş nazir əlavə edib ki, qərar regiondakı tərəfdaşların vətəndaşlarının və 200 minə yaxın britaniyalının təhlükəsizliyini qorumaq məqsədi daşıyır və beynəlxalq hüquqa uyğundur.

Избранный
43
teleqraf.com

1Источники