Vaşinqton, 2 mart, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İrandakı əməliyyatı dünyanın indiyə qədər gördüyü ən mürəkkəb və ən böyük hərbi hücumlardan biri adlandırıb. AZƏRTAC-ın məlumatına görə, bu barədə o, sosial mediada yerləşdirdiyi növbəti müraciətində deyib.
"Döyüş əməliyyatları hazırda tam gücü ilə davam edir və bütün məqsədlərimizə çatana qədər davam edəcək. Bizim çox güclü məqsədlərimiz var", - deyə Tramp bildirib.
Lakin o, bu məqsədlərin nə olacağını dəqiq açıqlamayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton