RU

Xamenei öldü, bundan sonra nə olacaq?

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İranın Ali lideri Ayətullah Əli Xameneinin ölümündən sonra İranın gələcək taleyi və yeni rəhbərin kimliyi əsas müzakirə mövzusuna çevrilib. Siyasi şərhçi Asif Nərimanlı bildirir ki, post-Xamenei dövründə rejimə nəzarət edəcək əsas qüvvənin SEPAH olduğu bəllidir. Onun fikrincə, Xameneinin Xomeyni təcrübəsindən istifadə edərək ölümündən öncə varisini təyin etməsi istisna deyil.Ekspertlər Məclisində seçiləcək varisin adı sirr saxlanılsa da, bir neçə real namizədin adı ön plana çıxır. Namizədlər arasında Müctəba Xamenei və Həsən Xomeyninin adları xüsusi qeyd olunur. Asif Nərimanlı vurğulayır ki, Müctəbanın SEPAH-da ciddi dayaqları olsa da, onun dini iyerarxiyadakı mövqeyi şübhə doğurur. Digər tərəfdən, Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyninin rəsmi tədbirlərdə Xameneini əvəz etməsi onun şanslarını artırır. Şərhçi hesab edir ki, hər iki namizəd həm də soyadın davamlılığı baxımından rejim üçün əhəmiyyətlidir.Siyasi şərhçi potensial varislər sırasında dini elita daxilində nüfuzu olan digər simaları da qeyd edir. Höccətülislam Möhsün Qumi, Ayətullah Möhsün Ərəki və Ayətullah Qulamhüseyn Möhsüni-Ejei kimi şəxslər SEPAH üçün məqbul namizədlər hesab olunur. Lakin Asif Nərimanlı diqqəti başqa bir ismə yönəldir. "Bu namizədlər arasında ən nüfuzlu olanı Əlirza Ərəfidir. Müvəqqəti lider təyin olunan Ərəfinin Ekspertlər Məclisində seçilmə şansı yüksəkdir" deyə o qeyd edir.Parlament sədri Məhəmməd Bəqir Qalibaf və Əli Laricani kimi fiqurların şansları isə daha zəif qiymətləndirilir."Laricani hazırda keçid hökumətinin qurulmasına nəzarət etsə də, bu prosesdə hədəfə çevrilməsi onun mövqeyini zəiflədir".Ekspert sonda bildirib ki, İran rejiminin gələcək davamlılığı həm də ABŞ və İsrailin hücumlarının nəticələrindən birbaşa asılı olacaq.İslam

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
44
demokrat.az

1Источники