RU

Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? - Qarabağla bağlı görün nələr deyib

Xəbər verdiyimiz kimi, Ayətullah Əlirza Ərafi İranın Ali Lideri vəzifəsini müvəqqəti icraçı təyin olunub. 

İran mediası  xəbər verir ki, Əli Xameneinin varisi seçilənədək Ali Rəhbərin səlahiyyətlərini icra edəcək Müvəqqəti Rəhbərlik Şurasının daha bir üzvü müəyyənləşib.

Əli Xameneinini əvəzləyən Ayətullah Əlirza Ərafi ilə bağlı maraqlı məlumatları təqdim edirik:

Əlirza Ərafi Yəzd vilayətinin Maybod şəhərində doğulub. Onun atası Məhəmməd İbrahim Ərafi din xadimlərindən biri və Seyid Ruhullah Xomeyninin yaxın dostu olub. 

Onun tərcümeyi-halı haqqında bir neçə kitab yazılıb. Əlirza Ərafinin anası da Kazem Malek Əfzəli Ərdəkaninin övladlarından olub.

Ayətullah Ərafi 07.10.2020 tarixində Ermənistan-Azərbaycan arasında Qarabağ münaqişəsi ilə bağlı xüsusi bəyanat yayıb. Bəyanatda Qarabağın Azərbaycana aid olduğu və İslam aləminin Azərbaycanı dəstəkləməli olduğu bildirilib.

Həmçinin bəyanatda qeyd olunub ki, Azərbaycan dünyaya görkəmli elm, mədəniyyət və din xadimləri bəxş edib. Bəyanatda bütün beynəlxalq sənədlərdə Qarabağ Azərbaycanın ayrılmaz ərazisi kimi tanındığı da vurğulanıb. (Ajans.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
3
6
olaylar.az

10Источники