RU

MDU-da regionun ilk iri həcmli İngilis dili Olimpiadası keçirilir

2026-cı ilin 1 mart tarixindən Mingəçevir Dövlət Universitetinin Beynəlxalq Dil Mərkəzi və Kembric Universitetinin Azərbaycandakı rəsmi nümayəndəsi olan ITAC-ın (International Training and Assessment Center) birgə təşkilatçılığı ilə Mingəçevir məktəbliləri və universitet tələbələri üçün beynəlxalq səviyyəli İngilis dili Olimpiadası keçirilir.
Regionda bu formatda və miqyasda təşkil olunan ilk olimpiada olan tədbirdə 100-dən çox Mingəçevirli məktəbli və MDU tələbəsi iştirak edir. Olimpiada gənclərin beynəlxalq standartlara uyğun bilik və bacarıqlarının qiymətləndirilməsi, onların akademik və şəxsi inkişaf imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Olimpiadanın birinci mərhələsi test formatında dinləmə və yazı bacarıqlarını əhatə edir. Bu mərhələdə uğur qazanan iştirakçılar növbəti – danışıq mərhələsinə keçid edəcəklər. Belə çoxmərhələli qiymətləndirmə modeli iştirakçıların dil kompetensiyalarını kompleks şəkildə ölçməyə imkan yaradır.
Tədbirin Mingəçevirdə keçirilməsi region gəncləri üçün beynəlxalq səviyyəli qiymətləndirmə imkanlarının əlçatanlığını artırır, bərabər təhsil imkanlarının təşviqinə və rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına töhfə verir. Olimpiada eyni zamanda gənclərin qlobal və dayanıqlı təhsil mühitinə inteqrasiyasını dəstəkləyən, onların bilik əsaslı gələcəyə hazırlanmasına xidmət edən mühüm təşəbbüsdür.
Olimpiadanın qalibləri və iştirakçıları sertifikat və müxtəlif hədiyyələrlə təltif olunacaqlar. Mingəçevir Dövlət Universiteti gələcəkdə də bu kimi beynəlxalq formatlı olimpiada və Kembric sınaq imtahanlarının regionda təşkilini davam etdirməyi nəzərdə tutur.
 

 

Избранный
5
4
7news.az

6Источники