RU

İrandan Azərbaycan sərhədi ilə 53 vətəndaşımız, 37 əcnəbi təxliyə edilib YENİLƏNİB 2 VİDEO

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İrandan Azərbaycan sərhədi ilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.

APA xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi ilə bağlı 28 fevral saat 8.00-dan bu gün saat 14.00-dək İrandan Astara sərhəd-keçid məntəqəsi ilə 90 nəfər - 53 Azərbaycan, 1 nəfər İtaliya, 5 nəfər Tacikistan, 3 nəfər Qətər, 4 nəfər İordaniya, 18 nəfər Səudiyyə Ərəbistanı və 6 nəfər Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı ölkəmizə təxliyə olunub.

***

saat 13.10

İrandan Azərbaycan sərhədi ilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.

APA xəbər verir ki, 3 Banqladeş, 3 Qətər, 1 Pakistan vətəndaşı ölkəmizə təxliyə olunub.

***

saat 12.31

İndiyə qədər İrandan Azərbaycan sərhədi ilə təxliyə edilənlərin sayı açıqlanıb.

APA xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi ilə bağlı 28 fevral saat 8.00-dan bu gün saat 12.00-dək İrandan Astara sərhəd-keçid məntəqəsi ilə 60 nəfərə yaxın Azərbaycan vətəndaşı, 1 nəfər İtaliya vətəndaşı 5 nəfər Tacikistan vətəndaşı, 18 Səudiyyə Ərəbistanı diplomatik nümayəndələri ölkəmizə təxliyə olunub.

https://t.me/apa_az/114375

***

saat 11.01

İndiyə qədər İrandan Azərbaycan sərhədi ilə təxliyə edilənlərin sayı açıqlanıb.

APA xəbər verir ki, 28 fevral saat 8.00-dan 1 mart saat 10.00-dək İrandan ümumilikdə 31 nəfər - 30 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər İtaliya vətəndaşı təxliyə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
7
apa.az

10Источники