AZ

Bu ölkələrin vətəndaşları Azərbaycana təxliyə olundu FOTOLAR (YENİLƏNİB)

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İrandan Azərbaycan sərhədi ilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.

"Unikal" xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi ilə bağlı 20-dən çox Braziliya, Polşa, Çin, Nepal, Hindistan, Fransa və Tunis vətəndaşı da ölkəmizə təxliyə olunub.

*** 15:00

İrandan Azərbaycan sərhədi ilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.

"Unikal" xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi ilə bağlı 28 fevral saat 8.00-dan bu gün saat 14.00-dək İrandan Astara sərhəd-keçid məntəqəsi ilə 90 nəfər - 53 Azərbaycan, 1 nəfər İtaliya, 5 nəfər Tacikistan, 3 nəfər Qətər, 4 nəfər İordaniya, 18 nəfər Səudiyyə Ərəbistanı və 6 nəfər Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı ölkəmizə təxliyə olunub.

*** 12:50

İrandan Azərbaycan sərhədi ilə təxliyə davam edir.

"Unikal" xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi ilə bağlı 28 fevral saat 8:00-dan bu gün saat 12:00-dək İrandan Astara sərhəd-keçid məntəqəsin ilə 60 nəfərə yaxın Azərbaycan vətəndaşı, 3 Banqladeş, 3 Qətər, 1 Pakistan, 1 İtaliya, 5 Tacikistan vətəndaşı və 18 Səudiyyə Ərəbistanı diplomatik nümayəndəsi ölkəmizə təxliyə olunub.

Xəlil Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
7
unikal.az

10Mənbələr