Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan "Böyük Dəbilqə" turniri bu gün başa çatacaq.
Fanat.Az xəbər verir ki, turnirin son günündə Azərbaycanın 6 cüdoçusu tatami üzərinə çıxacaq.
Murad Fətiyev (90 kq), Mədinə Kaisinova (78 kq), Əjdər Bağırov (100 kq) 1/16 finalda yarışacaq. Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov və Camal Qəamzatxanov (hər ikisi +100 kq) isə 1/8 finaldan mübarizəyə qoşulacaq.
Qeyd edək ki, daha əvvəl Ömər Rəcəbli (81 kq), Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) isə gümüş medal qazanıblar.