Polşa Ekstraklasasında 23-cü turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geydiyi “Motor” evdə “Korona” ilə qarşılaşıb.
Görüş “Motor”un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Renat 82-ci dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, Dadaşovun komandası hazırda 30 xalla 11-ci pillədə qərarlaşıb.