RU

Şamaxıda yenə zəlzələ oldu

Pirqulu stansiyasından 27 km cənub-qərbdə Şamaxı-Ağsu sərhəddində zəlzələ qeydə alınıb.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

 

Ocağı yerin 7 km dərinliyində yerləşən zəlzələnin maqnitudası 3,6 olub.

 

Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss edilib.

 

Qeyd edək ki, fevralın 27 və 28-də Şamaxıda ardıcıl yeddi zəlzələ baş vermişdi.

Избранный
44
6
senzor.az

10Источники