RU

Qərbi Azərbaycan Xronikası: Od kultu və Tanrı inancının qovuşduğu cəmrə anlayışı

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

"Report" xəbər verir ki, buraxılışda filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova Xıdır Nəbi mərasiminin, Novruzun gəlişini xəbər verən çərşənbə axşamlarının mahiyyətindən söz açıb.

O bildirib ki, Xıdır Nəbi mərasimindən sonra yenilənmə prosesi başlayır:

"Çərşənbələrdə bəzi əməlləri etməklə taleyi dəyişdirmək mümkündür. Xıdır Nəbi gecə gizlicə evə gələrək qovudun üzərində iz qoyur. Qovudun evin dörd küncə qoyulmasının böyük sirri var".

Onun sözlərinə görə, Od kultu və qədim türk təfəkkürü cəmrənin sakral mənasıdır:

"Cəmrə havaya, suya, torpağa düşür. Bəd ruhlarla mübarizə üçün rituallar vacibdir. Qədim inancların müasir psixoloji təsiri var".

A. Cəfərova çərşənbə axşamının niyə bəd ruhlarla mübarizə gecəsi hesab olunması, Od kultu və Tanrı inancının qovuşduğu cəmrə anlayışının haradan gəlməsi, Xıdır Nəbinin hansı evə qədəm qoyması və kimlərin ruzi-bərəkət qazanması ilə bağlı suallara da aydınlıq gətirib.

Daha ətraflı linkdə:

Qərbi Azərbaycan Xronikası: Od kultu və Tanrı inancının qovuşduğu cəmrə anlayışı
Избранный
43
2
far.az

4Источники