RU

Xameneidən sonra kim? İranda hakimiyyət KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranda mümkün hakimiyyət boşluğu fonunda ölkəyə kimin rəhbərlik edə biləcəyi ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Məlumata görə, vitse-prezident Məhəmməd Rza Aref səlahiyyətləri üzərinə götürməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, bununla yanaşı, İranın sabiq şahının oğlu və mühacirətdə yaşayan vəliəhd şahzadə Reza Pahlavi də açıqlama ilə çıxış edib.

O bildirib ki, həlak olduğu iddia edilən İranın ali rəhbəri Ali Khameneinin yerinə varis təyin etmək cəhdləri uğursuzluğa məhkumdur.

Pəhləvi qeyd edib ki, Xameneinin ölümü İslam Respublikasının faktiki sonu deməkdir və hərbçiləri, təhlükəsizlik qüvvələrini “dağılan rejimi tərk edərək xalqla birlikdə azad İrana doğru dinc keçidə qoşulmağa” çağırıb. O, həmçinin vətəndaşları ayıq-sayıq olmağa və kütləvi səfərbərliyə hazırlaşmağa səsləyərək “qətiyyətli addımlar üçün məqamın yaxınlaşdığını” və “qələbə ilə azadlığın əlçatan olduğunu” vurğulayıb.

Hazırda İran daxilində vəziyyətlə bağlı rəsmi mexanizmlər və mümkün keçid prosesləri barədə dəqiq məlumat yoxdur. Regionda davam edən gərginlik fonunda siyasi ssenarilər sürətlə dəyişir və beynəlxalq ictimaiyyət hadisələrin inkişafını diqqətlə izləyir.

Natiq Səlim,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
1
konkret.az

2Источники