RU

"İnter" evdə "Cenoa"ya qalib gəlib

İtaliyanın Seriya A liqasının 27-ci turunda "İnter" öz meydanında "Cenoa" ilə üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə,"San-Siro" stadionunda keçirilən matçda ev sahibi komanda görüşdə 2:0 hesabı ilə qələbə qazanıb. Hesabı 31-ci dəqiqədə Federiko Dimarko açıb. 70-ci dəqiqədə isə Hakan Çalhanoğlu penalti zərbəsini dəqiq icra edərək üstünlüyü artırıb.

Bu nəticədən sonra "İnter" 67 xalla Seriya A-da birinci pillədə qərarlaşıb. "Cenoa" isə 27 xalla 14-cü sıradadır.

Növbəti turda "İnter" 8 mart tarixində səfərdə "Milan" ilə qarşılaşacaq, "Cenoa" isə eyni gün öz meydanında "Roma"nı qəbul edəcək.

Избранный
39
90deqiqe.az

1Источники