RU

İran yeni raket hücumları dalğasını başlatdı

İran ABŞ və İsrailə qarşı yeni raket hücumları dalğasına başlayıb.Metbuat.az xəbər verir ki, bu barədə “Mehr” Xəbər Agentliyi məlumat yayıb. Məlumata görə, hücumlar çərçivəsində “Shahed” tipli pilotsuz uçuş aparatı ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının Bəhreyndə yerləşən qərargahını hədəfə alıb.

Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra tərəflər arasında qarşılıqlı zərbələr endirilir. Gərginlik fonunda regionun bəzi ölkələri hava məkanlarını müvəqqəti bağlayıb.

Избранный
14
2
metbuat.az

10Источники