Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiyanın Moskva şəhərində şahmat üzrə ənənəvi “Aeroflot Open” beynəlxalq turnirinə start verilib.
İdman.Biz bildirir ki, 18 ölkənin iştirak etdiyi yarışda Azərbaycan 4 şahmatçıyla təmsil olunur.
“Aeroflot Open” turnirində Azərbaycan çempionu Məhəmməd Muradlı, Şiroğlan Talıbov, Şahin Vəliyev və Süleyman Süleymanlı mübarizə aparacaq.
Beynəlxalq turnir martın 5-də yekunlaşacaq.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.