RU

İrandan Qətərə atılan raketlər zərərsizləşdirilib

Qətər Müdafiə Nazirliyi ölkəyə qarşı yönələn üçüncü hücum dalğasının yüksək hazırlıq, təhlükəsizlik və koordinasiya sayəsində uğurla əngəlləndiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Müdafiə Nazirliyi İranın ABŞ-İsrail hücumlarına qisas cavabı verməyə başlamasından sonra yazılı bəyanat yayıb.

Açıqlamada ölkəni hədəf alan üçüncü hücum dalğasının aşkar edilməsindən sonra əvvəlcədən müəyyən edilmiş əməliyyat planı çərçivəsində müdaxilə edildiyi və bütün raketlərin Qətər torpaqlarına çatmadan zərərsizləşdirildiyi bildirilib.

Bəyanatda Qətər Silahlı Qüvvələrinin ölkə təhlükəsizliyini qorumaq və xarici təhdidlərin qarşısını qətiyyətlə almaq üçün bütün imkanlara malik olduğu vurğulanıb.

Nazirlik həmçinin vətəndaşları, ölkədə yaşayan sakinləri və ziyarətçiləri rəsmi təhlükəsizlik təlimatlarına əməl etməyə, şayiələrə inanmamağa və yalnız rəsmi mənbələrdən məlumat almağa çağırıb.

Rəsmilər təhlükəsizlik vəziyyətinin tam nəzarət altında olduğunu bildirərək, ölkənin sabitliyinin qorunduğunu bir daha təkrar ediblər.

Избранный
15
cebheinfo.az

1Источники