ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Arda" Bolqarıstan çempionatında 23-cü turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən kollektiv öz meydanında "Spartak Varna"nı 1:0 hesabı ilə məğlub edib.
Ehtiyat oyunçular skamyasından yer alan Hüseynov 74-cü dəqiqədə yeganə qolun müəllifi Antonio Vutovun əvəzinə meydana çıxıb.
Bu qələbə sayəsində xallarının sayını 31-ə çatdıran "Arda" turnir cədvəlində 7-ci pilləyə yüksəlib.
Toğrul
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.