RU

İran tələblərə təslim olmayacaq - Ali Milli Təhlükəsizlik Şurası

Bakı. Trend:

Bu gün səhər saatlarından etibarən ABŞ və İsrail İranınmərkəzlərinə hücumlara başlayaraq İranı təslim edəcəklərinidüşünürlər ki, İran alçaldıcı tələblərə təslim olmayacaq.

Trend-inməlumatına görə, bu, İranın Ali Milli Təhlükəsizlik Şurasınınbəyanatında öz əksini tapıb.

Bəyanata əsasən, İran silahlı qüvvələri İsrail və ABŞ-ninhücumlarına qarşılıq olaraq addımlar atmağa başlayıb.

Bəyanatda İran vətəndaşlarına müraciət olunaraq bildirilir ki,əldə olunan məlumatlara əsasən, İsrail və ABŞ-nin Tehran və bəzişəhərlərə hərbi hava hücumları davam edəcək. Bunu nəzərə alaraqsakitliyi qorumaqla təhlükəsiz mərkəzlərə və başqa şəhərlərə səfəretmək tövsiyə olunur.

“İran əhalinin bütün ehtiyaclarını öncədən tədarük edib vəvətəndaşların ehtiyac duyduğu məhsullar və vasitələri təmin etməküçün heç bir narahatlıq yoxdur. Bunas əsasən vətəndaşların satışmərkəzlərinə toplaşmaqdan çəkinmələri istənilir”, - bəyanatda qeydolunur.

Bəyanatda əlavə olunur ki, İranda bütün orta məktəblər vəuniversitetlər məlumat veriləcəyi zamana qədər fəaliyyətinidayandırıb. Banklar öz fəaliyyətlərini davam etdirəcək, dövlətidarələri isə 50% şəklində fəaliyyət göstərəcək.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

Məqalədə:
Избранный
56
2
az.trend.az

3Источники