RU

Deputat təhdid olundu: "Dedi polisəm, biri isə silahını arxasında gizlədərək..."

Ukraynada deputatı məcburi müharibəyə aparmaq istəyiblər.

Publika.az xəbər verir ki, Ali Radada hakim "Xalqın xidmətçisi" partiyasını təmsil edən Roman Kaptelov Teleqram kanalında diqqət çəkən paylaşım edib. Deputat maskalı şəxslərin onu Dnepr şəhərində təhdid altında səfərbər etməyə çalışdıqlarını yazıb.

Parlamentarinin sözlərinə görə, onu axşam saatlarında Yavornitski prospektində saxlayıblar. Əvvəlcə deputatın yanında avtobus dayanıb və oradan maskalı şəxslər düşüblər.

"Onlara polis çağırmağı da təklif edəndə bu şəxslərdən biri özünü polis əməkdaşı kimi təqdim etdi. Digər maskalı şəxslər isə özlərini təqdim etmədilər. Heç bir sənəd də təqdim etmədilər", - Kaptelov yazıb.

Siyasətçi iddia edib ki, həmin insanları səfərbər edən qupda olanlardan biri əlini arxasında gizlədirmiş və onun əlində tapança olub. O, deputatı ehtiyac yaranacağı təqdirdə silahdan istifadə edəcəyi, eləcə də fiziki zorakılıqla hədələyib.

Избранный
10
50
publika.az

10Источники