AZ

Arvadım dedi ki, səni tutduracağam, sənin yerin türmədir, mən də bıçaqladım

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Salyan rayonunda 1965-ci il təvəllüdlü Bəşir ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Sonaya (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2025-ci ilin martın 9-da rayonun kəndlərindən birində baş verib. Bəşir həmin gün saat 16 radələrində evinin həyətində olarkən rəsmi olaraq ayrılsa da, birlikdə yaşadığı arvadı Sonanın evin həyətinə daxil olduqdan sonra onu tutduracağını bildirdiyi üçün mübahisə edib. Münaqişə zamanı əlində olan bıçaqla Sonanın sağ çiyninə, sol dirsəyinə və bədəninin digər nahiyələrinə qəsdən zərbələr vurub. Bəşirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İttihama münasibət bildirən Bəşir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Sona onun keçmiş arvadıdır, onlar xasiyyətləri uyğun gəlmədiyi üçün boşanıblar: “Sona ilə bir evdə yaşayırıq. Biz mütəmadi bir-birimizlə mübahisələri etmişik. Ötən ilin mart ayının 9-da yaşadığımız evin həyətyanı sahəsində su çəninin krantı xarab olduğu üçün onu düzəltməklə məşğul olmuşam. Mətbəx bıçağı ilə taxta yondum ki, krantı düzəldim. Həmin vaxt Sona əsəbi halda çöl qapıdan içəri girdi. İçəri girən kimi mənimlə mübahisə edərək üstümə gəldi. Sona kobud sözlər dedi. Mən də əsəbləşdim. Sona dedi ki, səni tutduracağam, səni çöldə qalmağa qoymayacağam, sənin yerin türmədir. Mübahisə edən zaman əlimdə bıçaq olub. Bu zaman Sona üstümə hücum etdi. Mən də onu itələdim. Bu hal bir neçə dəfə təkrarlandı. Hər dəfə Sonanı itələyəndə əlimdəki bıçaq onun qol və çiyin hissələrinə dəydi. Sonanı qəsdən bıçaqlamamışam, özümdən uzaqlaşdırmaq üçün itələyən zaman ona bıçaq dəyib. Əsəbləşdiyim üçün Sonanın saçından tutaraq yerə yıxdım. Ona bir neçə təpik, şillə, yumruq vurdum. Mənim Sonanı öldürmək və ya ciddi xəsarət yetirmək niyyətim olmayıb. Sona yerdə həmin vəziyyətdə olmağına baxmayaraq yenə də məni təhqir etdi”. Təqsirləndirilən şəxs qeyd edib ki, həyətdə olan dava-dalaş təxminən 15 dəqiqə çəkib: “Aramızda dava olan zaman evdə heç kim olmayıb. Bundan sonra özüm könüllü Salyan Rayon Polis Şöbəsinə gələrək boşandığım arvadım ilə dava etdiyimi, həmçinin ona müxtəlif sayda bıçaq zərbələri vurduğumu bildirdim. Sonaya əsəbiləşdiyimdən onu cəzalandırdım və ona bir sıra xəsarətlər yetirmişəm. Törətdiyim əməldən peşmanam. Sona ilə barışığa bir neçə dəfə cəhd etsəm də, barışıq olmayıb. Əvvəllər 2 dəfə məhkum olunmuşam. 1993-cü ilin avqust ayından 1994-cü ilin fevral ayının 12-dək Ağdam ətrafında gedən döyüşlərdə fəal iştirak etmişəm”.Zərərçəkmiş Sonanın sözlərinə görə, Bəşirlə  boşanmalarına səbəb xasiyyətlərinin uyğun gəlməməsi olub: “Lakin Bəşir qonşuluqda yaşayan şəxslərə guya mənim əxlaqsız işlər ilə məşğul olmağıma görə boşandığını bildirib. Boşandıqdan sonra birlikdə yaşadığımız müddətlərdə keçmiş ərim məni həmişə ölümlə hədələyib, təhqir edərək əxlaqsız olduğumu deyib. O, mütəmadi üzərində bıçaq gəzdirib. Mən otuz səkkiz ildir ki, Salyan rayonunun kəndində yaşayır, getməyə başqa yerim yoxdur, gedib kürəkəçin yanında yaşayası da deyiləm”.Sona bildirib ki, 2025-ci ilin martın 6-da Salyan şəhərində yaşayan Zümrüd adlı qızıgilə qonaq gedib və 3 gün orada qalıb: “Martın 9-da evə geri qayıtdım. Evə gəldikdən sonra qaynımgilin evinə qonaq getdim. Qaynımgil və qızlarım mənə mütəmadi maddi köməklik edirlər ki, bazarlıq edən zaman Bəşir üçün də ərzaq alım. Qaynımgildən çıxdıqdan sonra marketə getdim, ərzaq və digər şeylər alaraq evə qayıtdım. Həyətə daxil olan kimi Bəşirin həyətdəki tut ağacının altında gəzişdiyini, əsəbi olduğunu gördüm. Bəşir məni görən kimi üzərimə doğru gəldi. Yanıma çatan kimi “səni öldürəcəm” deyərək üzərində gəzdirdiyi bıçaqla sağ çiynimə vurdu. Daha sonra saçımdan tutaraq başıma yumruq vurdu, məni yerə yıxdı. Mən yerdə olan zaman Bəşir əlindəki bıçaq ilə boğazıma vurmaq istədi. Lakin qolum ilə özümü müdafiə etdim. Bıçaq dirsək nahiyyəmə dəydi. Mən yerdə olan zaman qışqıraraq “məni vurma” deməyimə baxmayaraq Bəşir “səni öldürəcəm” deyərək yerdə mənə dəfələrlə əlindəki bıçaqla, yumruq və təpiklə vurub. Ən sonda Bəşir mənim başıma güclü təpik vurduğundan qışqıra bilmədim və gözlərim qaraldı. Bütün bu proseslər ümumilikdə təxminən 15 dəqiqə çəkdi. Mən yerdə hərəkətsiz qaldıqdan sonra əl çəkdi. Yerdə sürünərək çətinliklə həyətdən küçəyə çıxdım. Hasarlarının daşlarına söykəndim. Küçədə qudam Nərminə ilə qarşılaşdım. Ondan kömək istədim. Bu vaxt Bəşirin evdən çıxaraq harasa getdiyini gördüm. Məni Salyan Rayon Mərkəzi Xəstəxanasına apardılar. Xəstəxanada 25 gün müalicə almışam”.Salyan Rayon Məhkəməsinin hökmü ilə Bəşir 7 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
demokrat.az

1Mənbələr