RU

Azərbaycanda son 24 saatda YEDDİNCİ ZƏLZƏLƏ

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Şamaxıda son 24 saatda yeddinci zəlzələ qeydə alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, ötən gün üç zəlzələ qeydə alınıb. Bu gün isə yerli vaxtla saat 00:36, 02:01, 03:38 və 06:34-də yeraltı təkanlar baş verib.

Zəlzələlərin maqnitudası 3-3.8 arasında dəyişib.

Sonuncu yeraltı təkanın episentri Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

 

***

05:29

 

Şamaxıda növbəti dəfə zəlzələ qeydə alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin maqnitudası 3.6 olub.

Yeraltı təkanın ocağı 14 kilometr dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, ötən gün Şamaxı rayonunda üç dəfə zəlzələ olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
11
demokrat.az

10Источники