AZ

Şamaxıda daha bir zəlzələ oldu

Fevralın 28-də Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,8 olan yeraltı təkanlar yerli vaxtla saat 06:34-də qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 13 kilometr olub və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Qeyd edək ki, gecə saatlarında rayon ərazisində yeraltı təkanlar qeydə alınıb. Belə ki, maqnitudası 3 olan zəlzələ yerli vaxtla saat 00:36-da meydana gəlib. Bu zəlzələ hiss olunmayıb. Daha sonra maqnitudası 3,6 olan iki zəlzələ yerli vaxtla saat 02:01 və 03:38-də baş verib. Hər iki yeraltı təkanlar Pirqulu stansiyasından 23 km cənub-qərbdə baş verib və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
***
Səhər saatlarında Şamaxıda daha bir zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 08:31-də Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Maqnitudası 3 olan yeraltı təkanlar hiss olunmayıb.
Xatırladaq ki, ötən gün Şamaxı rayonunda üç dəfə zəlzələ olub.

Seçilən
3
15
onn.az

10Mənbələr