RU

Şamaxıda 4,7 və 3,3 maqnitudalı zəlzələlər olub

Şamaxıda ikinci zəlzələ qeydə alınıb.

 

Senzor.az bildirir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

 

Bildirilib ki, yerli vaxtla saat 16:05-də 3,3 maqnitudalı daha bir zəlzələ baş verib.

 

Zəlzələ ocağı bu dəfə 10 kilometr dərinlikdə olub.

 

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, Şamaxıda zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə hələlik quruma  məlumat daxil olmayıb.

 

**16:05

 

Şamaxı rayonunda yerli vaxtla saat 15:52-də 4,7 maqnitudalı zəlzələ qeydə alınıb.

 

Senzor.az bildirir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

 

Məlumata görə, zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

 

Yeraltı təkan episentrdə 5, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Избранный
21
7
senzor.az

10Источники