RU

“Benfika” irqçi davranışlarına görə beş azarkeşin oyunlara qatılmasını qadağan edib

“Benfika” “Real Madrid”ə qarşı oyunda bir neçə azarkeşi nalayiq davranışa görə cəzalandırıb.

İdman.Biz bildirir ki, Lissabon klubu beş azarkeşin “klubun dəyərləri və prinsipləri ilə uyğun olmayan irqçi xarakterli” davranışa görə cəzalandırıldığını açıqlayıb.

“Qartallar” bu azarkeşlərin mövsüm biletlərini ləğv etdi və onlara komandanın oyunlarına qatılmağı qadağan edib.

“Benfika” bir daha təsdiqləyir ki, heç bir ayrı-seçkiliyə və ya irqçiliyə dözmür və klubun, idmanın və cəmiyyətin dəyərlərini sarsıdan davranış hallarında qətiyyətli davranmağa davam edəcək”, - deyə bəyanatda bildirilir.

İdman.Biz
Избранный
52
1
idman.biz

2Источники