RU

Təkrar bazarda ən çox maraq doğuran elektromobillər

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bu gün dünyada çox adam işlənmiş elektromobil almağa ehtiyat edir. Dünyanın birinci elektromobil bazarı olan Çİndə də bu texnikanın ikinci əl satışları zəifdir. Avropada isə vəziyyət bir qədər fərqlidir.

Avtosfer.az xəbər verir ki, Avropa bazarında işlənmiş elektromobillərlə bağlı ziddiyyətli məqam mövcuddur: Çin istehsalı olan maşınlar təkrar bazarda aylarla müştəri tapmadığı halda, bəzi Avropa modelləri çox tez alınır. 

Avropanın avtomobil saytlarının məlumatına görə təkrar bazarda “Jaguar I-Pace”, “Audi E-tron”, “Mercedes EQC”, “Audi Q8 E-tron”, “BMW iX3” modelləri kifayət qədər çox alınır.

Bu modelləri birləşdirən cəhət hamısının lüks modellər olması və batareya tutumunun böyüklüyüdür. Məsələnin ikinci tərəfi avropalıların öz avtomobillərinə bağlılığıdır.

Vüqar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
avtosfer.az

1Источники