RU

Pakistan Əfqanıstan savaşı: Müharibənin gerçək səbəbləri, pərdəarxası məqamlar

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əfqanıstan Müdafiə Nazirliyi Pakistanın sərhəd əyalətlərindəki hərbi əməliyyatlarını başa vurduğunu açıqlayıb.

“Gecəyarısı İslam Əmirliyi Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birbaşa əmri ilə hərbi əməliyyat uğurla başa çatdırıb”.

“Cebheinfo.az” xəbər verir ki, rəsmi Kabilin yaydığı məlumatda belə deyilir.Nazirlik  hücumları “Pakistan hərbi rejiminin Əfqanıstan ərazisinə qarşı təcavüzünə” cavab adılandırıb. Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyat nəticəsində Pakistanda iki hərbi baza və 19 hərbi məntəqə ələ keçirilib. 

Nazirlik əlavə edib ki, 50-dən çox Pakistan vətəndaşı öldürülüb.Qeyd edək ki, fevralın 26-da gecə saatlarında “Taliban” hərəkatının “Xalid ibn Valid” 201-ci ordu korpusu Pakistanın dövlət sərhədindəki hərbi postlarına hücum edib.

Pakistan tərəfi buna cavab olaraq Əfqanıstanın sursat anbarına artilleriya zərbələri endirib. Bir neçə saat sonra paytaxt Kabil də daxil olmaqla, “Taliban”ın hərbi mövqelərinə hava hücumları təşkil edib. 

Bundan sonra pakistan Əfqanıstana müharibə elan edib. Hazırda tərəflər arasında ağır döyüşlər gedir.Pakistanın müdafiə naziri Həvaca Məhəmməd Asif ölkəsinin səbri daşdığını deyib. O, Əfqanıstan ərazisində “Taliban”a qarşı qəti tədbirlər görüləcəyini deyib.

Nazir Əfqanıstanı Hindistanla əlbir olmaqda ittiham edib. “NATO qoşunlarının çıxarılmasından sonra Əfqanıstanda sülhün bərqərar olacağı və “Taliban”ın əfqan xalqının maraqlarına və regional sabitliyə diqqət yetirəcəyi gözlənilirdi. Lakin “Taliban” Əfqanıstanı Hindistanın müstəmləkəsinə çevirdi.  

Onlar dünyanın hər yerindən terrorçuları Əfqanıstana toplayaraq terrorizmi ixrac etməyə başladılar. Öz xalqlarını əsas insan hüquqlarından məhrum etdilər. İslamın verdiyi qadın hüquqlarını əllərindən aldılar. 

Pakistan həm birbaşa, həm də dost ölkələr vasitəsilə sabitliyi qorumaq üçün hər cür səy göstərib, geniş diplomatik fəaliyyət göstərdi. Lakin “Taliban” Hindistanın kuklalarına çevrildi”, - deyə nazir Asif bildirib. 

Xatırladaq ki, 2025-ci ilin oktyabr atyında Pakistan və Əfqanıstan arasında baş verən döyüşlərdə Hindistan “Taliban”a siyasi və hərbi dəstək vermişdi. Ötən ilin aprel ayında Pakistanla baş vermiş 6 günlük ağır döyüşlərdə məğlub duruma düşən Hindistan “Taliban”a yardım etməklə düşmənə arxadan zərbə taktikasını həyata keçirməyə çalışır. Həvaca Asifin “Taliban”ı “Hindistanın oyuncağı” adlandırması da bununla bağlıdır. 

Qeyd edək ki, Pakistan-Əfqanıstan sərhədi mürəkkəb region olduğundan orada baş verən müharibənin bir sıra səbəbləri var. Bura həm yerli həm də başqa dövlətlərin geosiyasi maraqlarına bağlı olan xarici amillər daxildir.

İlk növbədə, İslamabad xeyli müddətdir puştu icması vasitəsilə “Taliban”ı Pakistanın daxili işlərinə qarışmaqda və radikal dini terrorçuluğu qonşu ölkəyə ixrac etməkdə ittiham edir. Nəticədə, vaxtilə Sovet İttifaqına, sonralar isə ABŞ-yə qarşı mübarizədə “Taliban”ın Pakistan qolu formalaşıb.

Rəsmi İslamabad problemin həllini əfqan qaçqınları ölkədən çıxartmaqda görür. Son 50 ildə 5 milyon əfqan qaçqına sığınacaq verib ki, onların da 1,7 milyonu 2023-cü ildən sonra “Taliban” zülmündən xilas olmaq üçün Pakistana gəlib.

Ancaq onların demək olar ki, böyük əksəriyyəti qeyri-leqal miqrant olduğuna görə, Pakistan əfqan qaçqınları geri qaytarmağa və Əfqanıstanla sərhədi bağlamağa üstünlük verir. Əsas məqsəd isə “Taliban”ın müdaxiləsinin qarşısını almaqdır. Lakin “Taliban”ın insanlara, xüsusilə də qadınlara qarşı zorakılıq siyasətindən qorxan əfqanlar öz əlkəsinə dönmək istəmir.

Bu baxımdan, sərhəddə başlanmış müharibə onların qayıtmaması üçün yaxşı fürsət yaradıb. Hətta taliblərə qarşı düşmən münasibət bəsləyən qaçqın əfqanların bu müharibədə Pakistana dəstək verəcəyi istisna edilmir. Bütün hallarda sərhədi bağlamaq və radikal terrorçuların girişinin qarşısını almaq Pakistan üçün asan görünmür.

Bu da iki dövlət arasında ərazi mübahisəsi ilə bağlıdır. Hazırkı müharibənin də başlıca səbəbi ərazi iddiaları ilə bağlıdır. Daha doğrusu, əvvəllər bu iki ölkə arasında mübahisəli ərazi olmayıb. Sadəcə olaraq, “Taliban” Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Pakistanda qalan hissəsinin fəaliyyət göstərdiyi ərazilərə iddia etməyə başladı.

Maraqlıdır ki, Pakistandakı taliblər əslində, Əfqanıstana birləşmək istəmir və hakimiyyəti dəstəkləyir. Ona görə də bu gün baş verənlər iki “Taliban” fraksiyası arasında müharibə kimi xarakterizə edilir. Bundan başqa, iki ölkə arasında müharibənin digər səbəbi sərhəd bölgəsində nəqliyyat-tranzit kommunikasiyalarına nəzarətlə bağlıdır. 

Pakistan həmin ərazidən keçən nəqliyyat dəhlizinə və gömrük rüsumlarına sahib olmaqda maraqlıdır. Ona görə də Pakistan nəqliyyat dəhlzinin keçdiyi sərthəd xəttinin yenidən müəyyənləşməsini istəyir.

Bu baxımdan Əfqanıstanı Çinlə birləşdirən və Pənc çayı boyunca yerləşən Aşağı Vahan, Pamir çayı boyundakı Yuxarı vahan vadiləri strateji əhəmiyyət kəsb edir. Eyni zamanda, Heybər aşırımına nəzarət uğrunda qarşıdurma gedir.

Bundan başqa, tərəflər arasında regional layihələrə nəzarət uğrunda döyüşür. 

İran və Pakistan istiqamətində daşımaların şaxələndirilməsinə imkan verəcək (Turqundi- Herat -Qəndəhar - Spin Boldak)  marşrutu və Özbəkistanı Əfqanıstan və Pakistanla əlaqələndirəcək “Transəfqan” dəmir yolu xətti də bölgədəki proseslərə ciddi təsir göstərib.

Adıçəkilən marşrutların reallaşması Çin-Pakistan iqtisadi dəhlizinin mövcudluğunu  təmin edə bilər. Qeyd edilən səbəbdən, Çinin Orta və Yaxın Şərqə çıxışını təmin edəcək nəqliyyat-ticarət dəhlizinin  formaslaşmasında maraqlı olmayan Hindistan “Taliban”a hərbi dəstək verir.

Bu baxımdan, Çin-Pakistan nəqliyyat dəhlizinin baş tutmasına mane olacaq müharibə ABŞ üçün də əlverişli görünür. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Açar sözlər:

müharibə Tramp

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
73
49
cebheinfo.az

10Источники