RU

Qərar dəyişdi, Bakıya Jiquli gətirmək olacaq? AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Raritet (nadir) avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir. Bu, Prezident İlham Əliyevin imzaladığı Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb. Qaydalara əsasən, zavod buraxılış tarixindən 40 ildən çox keçmiş, mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş avtomobillər raritet hesab olunur. Azadolma yalnız müvafiq dövlət orqanının təsdiqedici sənədi ilə və bir şəxs tərəfindən ildə 1 ədəd, ölkə üzrə isə ildə ümumilikdə 10 ədəd avtomobil idxalı şərti ilə tətbiq ediləcək. Bu dəyişiklik idxalçıların xərclərinin azalmasına imkan yaradacaq.Bu barədə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.O deyib ki, ölkəmizdə nadir (raritet) avtonəqliyyat vasitələrinin idxalı ilə bağlı xüsusi qaydaların tətbiqi nəzərdə tutulur:“Hər hansı bir avtomobil modeli ölkə ərazisində nadir hesab olunması üçün onun sayı 9 ədəddən artıq olmamalıdır. Əgər həmin modeldən daha bir avtomobil gətirilərsə, o, 10-cu avtomobil kimi qeydiyyata alınacaq və model nadir statusunu itirəcək. Nadir statusu yalnız real çatışmazlıq və kolleksiya dəyəri olan nəqliyyat vasitələrinə şamil ediləcək. Hər bir şəxs tərəfindən ildə yalnız 1 ədəd nadir avtomobilin idxalına icazə veriləcək və bu məhdudiyyət kommersiya məqsədli kütləvi idxalın qarşısını almaq məqsədi daşıyır. Gömrük prosedurları zamanı müəyyən güzəştlər tətbiq oluna bilər, lakin bu güzəştlər yalnız müəyyən olunmuş meyarlara cavab verən avtomobillərə şamil ediləcək. Yaşı 40 ildən çox olan, lakin ölkədə sayı 10-dan artıq olan avtomobillərə heç bir güzəşt tətbiq edilməyəcək. Bu yanaşma nadirlik prinsipinin qorunmasına xidmət edir və güzəştlərin sui-istifadə hallarının qarşısını almağı hədəfləyir. Standartlara cavab verməyən və ya ciddi modifikasiya edilmiş avtomobillər nadir statusu ala bilməyəcək”. O bildirib ki, xalq arasında “Jiquli” kimi tanınan klassik VAZ modelləri ölkəmizdə geniş yayılıb:“Bu səbəbdən həmin avtomobillər, yaşı 40 ildən çox olsa belə və ölkədə sayı 10-dan artıq olduğu üçün, ümumi qaydada nadir hesab edilməyəcək və gömrük güzəştlərindən yararlana bilməyəcək. Yalnız xüsusi buraxılış, məhdud sayda istehsal edilmiş və faktiki olaraq nadir hesab olunan modifikasiyalar fərdi qaydada ekspert rəyi əsasında qiymətləndirilə bilər. Vətəndaş nadir avtomobil idxal etmək istədikdə əvvəlcədən müvafiq dövlət qurumlarına rəsmi sorğu təqdim etməlidir. Sorğuda avtomobilin markası, modeli, buraxılış ili və texniki xüsusiyyətləri barədə ətraflı məlumat göstərilməlidir. Yalnız müsbət rəy alındıqdan sonra avtomobilin idxalına və müvafiq güzəştlərin tətbiqinə icazə veriləcək”.Həmçinin oxu:

26 milyon dolları yerə səpdi — Kim nə qədər götürə bilirsə, götürsün (FOTO)

Həyatınızdakı böyük dəyişiklik üçün gerisayım başladı — Mart uğur dolu gəlir

Qiyabi təhsil alan oğlanlara şad xəbərLeyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
1
demokrat.az

2Источники