RU

Belə oruc tutmaq nəinki savabdır, əksinə günaha batırır İlahiyyatçı

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İslamda xəstəlik, zəiflik və digər sağlamlıq məhdudiyyətləri olan şəxslərin oruc tutmaması məsələsi uzun müddətdir dini qaynaqlarda müzakirə olunur. Qurani-Kərimdə bu hallara xüsusi istisnalar və güzəştlər nəzərdə tutulub. Sağlamlıq səbəbləri ilə oruc tutmamaq dini baxımdan icazəlidir və belə şəxslərin məsuliyyəti qismən yüngülləşdirilir.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən ilahiyyatçı Fazil Əhməd bildirib ki, islamda xəstə insanların oruc tutmaması ilə bağlı hökmlər həm Qurani-Kərimdə, həm də hədislərdə qeyd olunub:"Şəriətə görə, əgər oruc tutmaq insanın xəstəliyini şiddətləndirirsə, sağalmasını gecikdirirsə və ya sağlamlığına real zərər vurursa, bu halda həmin şəxs üçün oruc tutmaq qadağan sayılır. Lakin hər xəstəlik bu kateqoriyaya aid deyil. Elə xəstəliklər var ki, oruc onlara mənfi təsir göstərmir, hətta müəyyən hallarda faydalı ola bilər. Əsas meyar odur ki, orucun konkret xəstəliyə zərəri sübuta yetirilsin. Bu məsələdə həkim rəyinin böyük əhəmiyyəti var. İslam alimləri bildirirlər ki, insan bir həkimin rəyi ilə kifayətlənməməli, xüsusilə də xəstəliyin ağırlığı və orucun təsiri ilə bağlı tərəddüd varsa, bir neçə ixtisaslı həkimə müraciət etməlidir. Ən azı iki-üç mütəxəssisin rəyini öyrənmək tövsiyə olunur. Ancaq konkret əməliyyat və ya davamlı müalicə aparan həkim varsa, həmin sahə üzrə ixtisaslaşmış həkimin rəyi əsas götürülə bilər. Burada əsas məqsəd dini və ya şəxsi yanaşma deyil, tibbi əsaslandırılmış qərardır".İlahiyyatçı bildirib ki, xəstəlik müvəqqətidirsə, sağaldıqdan sonra tutulmayan orucların qəzası yerinə yetirilir:"Xəstəlik növbəti Ramazana qədər davam edərsə və şəxs oruc tuta bilməzsə, sağaldıqdan sonra sonuncu Ramazanın qəzalarını tutur. Şəriət qaydalarına görə, insan gücü çatmadığı və sağlamlığı imkan vermədiyi halda məsuliyyət daşımır. Yəni din insanı çətinliyə salmaq üçün deyil, asanlaşdırmaq üçün göndərilib. Qurani-Kərimdə də insanın özünü təhlükəyə atmaması buyurulur. Əgər ixtisaslı həkim tibbi dəlillərlə bildirirsə ki, oruc tutmaq sağlamlıq üçün təhlükəlidir, buna baxmayaraq israrla oruc tutmaq doğru sayılmır. Bu, insanın özünü bilərəkdən riskə atması kimi qiymətləndirilir. Ona görə də belə hallarda həm dini hökmü, həm də tibbi tövsiyəni nəzərə alaraq qərar vermək vacibdir".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
demokrat.az

1Источники