RU

Diş sağlamlığını məhv edən qidaların siyahısı

Dişlər üçün ən zərərli qidaların siyahısı açıqlanıb.

E-saglam.az xəbər verir ki, bəzi məhsullar diş minasını digərlərindən daha sürətlə zədələyir.

Mütəxəssislərə görə, xüsusilə çox sərt və yapışqan qidalar risk yaradır. Sərt konfetlər, iris və karamel, qabıqlı və şokoladla örtülmüş qoz-fındıq, təmizlənməmiş günəbaxan tumları, pretzellər, krakerlər, kartof qızartması və popkorn dişlərin qırılmasına və breketlərə ciddi ziyan vurmasına səbəb ola bilər.

Şərbət, sirkə və turş marinadlarda saxlanılan quru meyvələr də diş minasını aşındırır. Hətta təzə sıxılmış şirələr belə yüksək turşuluq səbəbindən minanı zəiflədə bilər.

Yalnız qidalar deyil, gigiyenaya səhlənkarlıq da əsas təhlükədir. Diş həkimləri qeyd edir ki, müntəzəm təmizlik, vaxtında müayinə və düzgün qulluq dişləri qorumağın ən effektiv yoludur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
36
1
e-saglam.az

2Источники