RU

"Netflix" "Warner Bros."un aktivlərini almaqdan imtina edib

“Netflix” nəhəngi “Warner Bros.”un bəzi aktivlərini almaq üçün irəli sürdüyü təklifini geri götürüb və bununla da “WBD”nin “Paramount Skydance” (PS) ilə birləşməsinə yol açıb.

Qaziler.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə qərarı “Netflix”in baş direktorları Ted Sarandos və Qreq Peters açıqlayıblar.

Bu qərar “Netflix” və WBD arasında ilkin razılaşmaya baxmayaraq qəbul edilib. Xidmət rəhbərləri bunun səhmdarların dəyərini artıra və tənzimləyicilərin təsdiqini təmin edə biləcəyinə inanırdılar.

“Netflix”in rədd cavabı, PS-in WBD ilə müqaviləni təxminən 111 milyard dollar dəyərində qiymətləndirdiyi təklifdən sonra gəlib. Bu, “Netflix”in ilkin 83 milyard dollarlıq təklifindən xeyli çoxdur.

QAZİLER.AZ

Избранный
22
qaziler.az

1Источники