RU

Kücə və yolların işıqlandırılmasında enerji səmərəli yaşıl texnalogiyaların tətbiqi

Kücə və yolların işıqlandırılmasında enerji səmərəli yaşıl texnalogiyaların tətbiqi
Məmmədov Rasim Rafiq oğlu- İdrak Texnoloji Transfer MMC, Elmi Araşdırmalar Departamenti, Enerji sistemlərinin layihələndiriliməsi üzrə mühəndis
Web: https://idrak.az, email: [email protected], mobil: +994552916441

Məqaləni yazmaqda məqsəd yaşıl enerji texnalogiyalarını tətbiq etməklə Günəş enerjisi ilə işləyən küçə işıqlarının quraşdırılmasının mümkünlüyünü göstərməkdir. Belə ki, bu gün mövcud olan texnalogiyalar imkan verir ki, günəş enerjisindən yararlanmaqla küçələrimizi işıqlandıra bilərik. Hesab edirik ki, bu Enerji İnnovasiyaları: İqlim Dəyişkənliyinə dair yeni yanaşma , alternativ enerji qurğularının yeni işləmə mexanizmlərinin işlənib hazırlanması, İqlim dəyişkənliyinin iqtisadiyyata təsirinin araşdırılması, enerji inno yaxşılaşdırılmasında innavativ ideyadır.
Açar sözlər: güəş eerjisi, günəş küçə işığı, texiki qurgu
Цель статьи — показать возможность установки уличных фонарей на солнечных батареях с применением технологий «зелёной» энергетики. Таким образом, современные технологии позволяют освещать улицы, используя солнечную энергию. Мы считаем эту идею инновационной в области энергетических инноваций: новый подход к изменению климата, разработка новых механизмов работы альтернативных энергетических устройств, изучение влияния изменения климата на экономику и совершенствование энергетических инноваций.
Ключевые слова: солнечная энергия, уличный фонарь на солнечных батареях, техническое устройство
The purpose of writing the article is to show the possibility of installing solar street lights by applying green energy technologies. Thus, the technologies available today allow us to illuminate our streets by taking advantage of solar energy. We believe that this is an innovative idea in Energy Innovations: A New Approach to Climate Change, Development of New Operating Mechanisms of Alternative Energy Devices, Studying the Impact of Climate Change on the Economy, and Improving Energy Innovation.
Keywords: solar energy, solar street light, technical device
Günəş enerjisi ilə işləyən LED küçə işığı GİRİŞ
Enerjiyə getdikcə artan tələbat və ənənəvi enerji mənbələrinin məhdud resursu həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üçün problemə çevrilmişdir. Bu səbəbdən, siyasətçilərin gündəmində quraşdırılacaq hər hansı bir layihə üçün enerji səmərəliliyi və davamlılıq birinci prioritet olaraq verilir. Günəş enerjisi ilə işləyən küçə işıqlandırma sistemi yolun təhlükəsizlik standartlarına riayət etməklə enerji istehlakını və ətraf mühitə CO2 təsirini azaltmaq üçün effektiv bir yoldur. Elektrikli küçə işıqlandırması ildə 114 TVt-saat enerji sərf edir ki, bu da 69 milyon ton CO2 emissiyasına səbəb olur.
Müstəqil günəş fotovoltaik küçə işıqlandırma sistemi bir küçəni və ya açıq ərazini işıqlandırmaq üçün istifadə olunan xarici işıqlandırma qurğusudur. Küçə işıqlandırılmasında LED işıqlandırmadan istifadə perispektivli imkanlar yaratdı. PV ilə işləyən küçə işıqlandırma sistemləri ilə təmin olnunan yerlərdə LED-in aşağı gücə, yüksək işıqlandırma xüsusiyyətlərinə və cari fotovoltaik (PV) texnologiyası ilə birlikdə fəaliyyəti nəzərə alınaraq istifadə edilmişdir.
Hazırda, yüksək intensivlikli boşalma (HID) lampalarının əksəriyyəti, daha aşağı güclü İşıq Yayan Diod (LED) lampaları ilə əvəz olunur.
Günəş enerjisi ilə işləyən LED küçə işığı sisteminin əsas komponentləri bunlardır:
• Günəş enerjisi ilə işləyən LED küçə işığı sisteminin əsas komponentləri bunlardır:
• 1. Günəş Paneli və ya Fotovoltaik Modul
• 2. İşıqlandırma qurğusu – LED lampa dəsti
• 3. Doldurula bilən dərin dövran batareyası
• 4. Günəş enerjisi şarj nəzarətçisi
• 5. İşıq dirəyi
Misal olaraq bir günəş küçə işığının texniki göstəriciləri aşagıdakı çədvəldə verilmişdir.
İş prinsipi
Xülasə – Bu layihə mövcud enerjidən maksimum istifadə və minimum itkini saxlamaq ideyasına əsaslanır. Gün ərzində mövcud olan çoxlu günəş enerjisi günəş batareyasında saxlanılır və yığılan enerji bütün gecə boyunca küçə işıqlarını yandırmaq üçün istifadə olunur. Həmçinin sistem avtomatlaşdırma metodunu uyğunlaşdırmaqla enerjiyə qənaət iş rejimini təmin edir. Qaranlıq və işıq sensoru küçə işıqlarının avtomatik “ON”/”OFF” funksiyasını təmin edir, beləliklə, o, tələb olunduqda (yəni, ətraf qaranlıq olanda) avtomatik olaraq parlayacaq və ətrafda kifayət qədər işıq varsa, avtomatik olaraq “OFF” vəziyyətinə keçəcək. Yenə tələbə uyğun olaraq işıqlandırıcıların işıq intensivliyinə
nəzarət etmək üçün mikrokontroller vasitəsilə avtomatik intensivliyə nəzarət mexanizmi tətbiq edilmişdir. Beləliklə, küçə işıqlarının lazımsız parıltısı səbəbindən enerji itkisinin qarşısını almaq olar.
PV (Fotovoltaik) effekti ilə günəş radiasiyası birbaşa elektrik enerjisinə çevrilə bilər. Bu enerji təkrar doldurulan batareyada saxlanılır və işıqlandırma tələb olunduqda lampaya verilir. Sistem avtomatik idarəetmə vasitəsini təmin etmək üçün nəzərdə tutulmuşdur. Bu nəzarət üç növ ola bilər:
 Birincisi optik idarəetmə üsuludur, işıq/qaranlıq sensorundan istifadə etməklə küçə işıqları axşam qaraldıqdan sonra avtomatik olaraq “AÇILIR”, səhər sübh açıldıqdan sonra avtomatik olaraq “SÖNDÜRÜLƏ” bilər, lakin gecə küçə işıqlandırması çox parlaqdır və həm də enerji itkisidir.
 İkincisi, nizamlamaya uyğun olaraq işığın avtomatik olaraq parlayacağı zamana nəzarət üsuludur.
 Üçüncüsü, hərəkət sesorudur ki, lazımsız parlaqlıgı azalmasıı təzimləyir. Beləliklə, lazımsız enerji itkisi böyük ölçüdə azalır.
Günəş enerjisi ilə işləyən küçə işıqlarınin tətbiqinin üstülükləri
Günəş enerjisi ilə işləyən küçə işıqları ekoloji cəhətdən təmiz, enerjiyə qənaət, quraşdırma asanlığı və elektrik şəbəkəsindən müstəqil olması səbəbindən aşağı əməliyyat xərcləri kimi üstünlüklər təklif edir.
Üstünlüklər:
Ətraf mühitə uyğun: Günəşdən elektrik enerjisi istehsal edir, qalıq yanacaqlardan asılılığı azaldır və daha az karbon izi yaratmağa kömək edir.
Enerjiyə qənaət edən və sərfəli: İlkin sərmayədən sonra elektrik enerjisi ödənişi yoxdur və əməliyyat xərcləri ənənəvi küçə işıqlarından xeyli aşağıdır.
Asan Quraşdırma: Xəndək qazma və ya kabel çəkmə kimi geniş infrastruktur tələb olunmur, bu da quraşdırmanı daha sadə və sürətli edir.
Şəbəkədən Müstəqillik: Bu şəbəkədənkənar sistemlər etibarlı işıq mənbəyi təmin edən elektrik kəsilməsindən təsirlənmir.
Təhlükəsizlik: AC cərəyanının olmaması elektrik cərəyanı kimi ənənəvi elektrik sistemləri ilə bağlı təhlükəsizlik risklərini aradan qaldırır.
Aşağı Baxım: Müntəzəm yoxlamalardan başqa, bu işıqlar adi sistemlərdən daha az texniki xidmət tələb edir, xüsusən də elektrik paylanmasının baha olduğu ucqar ərazilərdə.
Küçə və yolların təsnifatı
Bu tip avadalıqlar seçilməzdən öncə layihələdirilməlidir. Layihədə küçələrin ölçüləri, işıqladırma tələləri, motaj tələbləri, ərazinin günəş radiasiyası və digər iqlim amilləri öyrənilməlidir. Azərbaycan respulikasının ərazisində istismar olunan küçə və yolların ölçüləri ni əks etdirən cədvəli sizə təqdim edirik. Küçə və yolların ölçüləri fərqli olduğuna görə günəş küçə işıq sistemləri təsnifata uygun olaraq müxtəlif gücdə və ölçüdə ola bilər.
Paketlərin müəyyənləşdirilməsi
Paketlər lampaların enerji istehlakı əsasında müəyyən edilmişdir. Paket günəş küçə işıqlandırma sisteminin layihələndirildiyi yolun xarakterinə və ölçüsünə əsasən seçiləcək.
Seçilmə və quraşdırılma zamanı günəş küçə işıqlarına qarşı tələblərə əməl olunmalıdır
• PV modul tələbləri
• Batareyaya qarşı tələblər
• Şarj kontrolerə qarşı tələblər
• Küçə işıq dirəyinə qarşı tələblər
• Batareya qutusuna qoyulan tələblər
• İnşaat işlərinə qarşı tələblər
• İstismar və texniki xidmət işlərinə qarşı tələblər
• Zəmanət tələbləri
• Təhlükəsizlik tələbləri
• Mərkəzləşdirilmiş Günəş Küçə İşıqlandırma Sisteminin tətbiqinə qarşı tələblər İşgaldan azad olmuş ərazilərdə tətbiqi mümkünlüyü
Müxtəlif layihələrdən görüntülər və spesifik göstəricilər.
Təxmini qiymət
Mərkəzləşdirilmiş Günəş Küçə İşıqlandırma Sistemləri:
Kifayət qədər kölgəsiz əraziləri olmayan yollar üçün müstəqil günəş küçə işıqlandırma sistemi tövsiyə edilmir və yalnız mərkəzləşdirilmiş günəş PV sistemi tövsiyə olunur. Bu tip küçə işıqlandırma sxemi üçün sahəyə xüsusi texniki araşdırma və layihələndirmə aparılmalıdır. Mərkəzləşdirilmiş sistemin çıxış gücü AC və ya DC gücündə olmalıdır və buna görə də seçilmiş LED lampa AC və DC tipli olacaq. Mərkəzləşdirilmiş sistemdə PV panellərinin massivləri əlverişli yerdə sabitlənəcək və buradan enerji çıxışı təmin ediləcək mənbə paylayıcı kabellər vasitəsilə müəyyən qrupdakı işıqlara paylanır. Bu tip işıqlandırma sistemi üçün batareya bir yerdə bir batareya bankı kimi quraşdırılacaq. SCADA tətbiq etməklə idarə oluna bilər.
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ekoloji Maarifçilik və Monnitorinq İçtimai Birliyi İctimai Birliyi tərəfindən icra olunan “Enerji İnnovasiyaları: İqlim Dəyişkənliyinə Dair Yeni Yanaşma” layihəsi çərçivəsində hazırlanıb. Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir.

Избранный
16
sabahinfo.az

1Источники