RU

Aqil Abbas: Niyə tarixi şəxsiyyətlərimiz haqqında ekran əsərləri çəkilmir?

Yazını böyüt
Yazını kiçilt

“Film çox vacib sahədir. Türkiyə bu gün filmləri ilə Osmanlıdan daha böyük təsir gücü əldə edib. Bizdə isə futbola sponsorluq edənlər var, amma kino istehsalına dəstək verən yoxdur”.

Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü plenar iclasında deputat Aqil Abbas səsləndirib.

Deputat bildirib ki, bir sıra ölkələrdə kino sənayesi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir:

“Rusiyada nazirliklər daha çox filmlər çəkdirir, hətta bu sahədə bir-biri ilə yarışırlar. Niyə bizdə filmlər yalnız Mədəniyyət Nazirliyinin vəsaiti hesabına çəkilməlidir? Niyə sponsorlar bu prosesə qoşulmur?”

Aqil Abbas vurğulayıb ki, Azərbaycanın zəngin tarixi və güclü şəxsiyyətləri var, lakin onlar haqqında genişmiqyaslı bədii filmlər çəkilmir:

“Bizim tarixi şəxsiyyətlərimiz var. Niyə Şah İsmayıl Xətai haqqında, Qacarlar barədə film çəkilməyib? Babək haqqında film çəkilib, çox gözəl. Amma Koroğlu bizim üçün tarixi şəxsiyyət deyil”.

Deputat çıxışında kino sahəsinə maliyyə ayrılmasının vacibliyinə də toxunub və cəmiyyətdə müzakirə doğurmuş faktı xatırladaraq bildirib:

“Ramiz Mehdiyevin evindən 17 milyon manat tapıldı. Bu vəsait 10 tammetrajlı film deməkdir. Amma pullar evdə saxlanılır. O vəsait kino sənayesinə yönəldilsin. Mən istəyirəm ki, bizim filmlər də dünyaya çıxsın”.

Избранный
13
hafta.az

1Источники