RU

“Qida terrorunun qarşısı alınmalıdır”

“Bu günlərdə marketlərdən birində kifli pendirin kif olan hissəsinin kəsilib yenidən satışa qoyulması ilə bağlı görüntülər yayılmışdı. Minlərlə soydaşımız keyfiyyətsiz məhsul almağa davam edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsinin müzakirəsi zamanı bildirib.

Millət vəkili televiziya efirləri ilə bağlı məsələyə də reaksiya verib:

“Bundan başqa, əxlaqsız kişi və qadınları sosial şəbəkələrdən, telekanallardan yığışdırmaq üçün səsimizi ucadan çıxaraq. Səsimiz çox zəif çıxır”.

"Cebheinfo.az"

Избранный
1
3
cebheinfo.az

8Источники