AZ

Qida terrorunun qarşısı alınmalıdır

Bu günlərdə marketlərdən birində kifli pendirin kif olan hissəsinin kəsilib yenidən satışa qoyulması ilə bağlı görüntülər yayılmışdı. Təəssüf ki, minlərlə insan keyfiyyətsiz məhsul almağa davam edir.

Publika.az xəbər verir ki, bu sözləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2025-ci il üzrə məruzəsinin müzakirəsi zamanı bildirib.

“Bu, çox ciddi faktdır. Eləcə də toylarda, şənliklərdə 200 nəfər zəhərlənir, amma nəticəsi olurmu? Heç kəs cəzalandırılmır.
Bir ara “Leş Tofiq” adı ilə tanınan şəxs də ölü ət satırdı, tutulurdu, amma 3 gündən sonra azad olunurdu. Bütün bunlar olduqca təhlükəli məqamlardır. Biz ombudsmanla əməkdaşlığı yenidən qurmalıyıq. Azərbaycan vətəndaşlarına qarşı qida terrorunun qarşısı alınmalıdır”, - deyə Ç.Qənizadə vurğulayıb.

Seçilən
0
5
publika.az

8Mənbələr