RU

Sumqayıtda poladəritmə sexində partlayış olub, üç fəhlə yanıq xəsarəti alıb » AzadMedia.az


Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində partlayış hadisəsi baş verib.

"Report"un yerli bürosu məlumat verir ki, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada fəhlə işləyən 1994-cü il təvəllüdlü İsmayılov Elməddin Nurəddin oğlu, 1989-cu il təvəllüdlü Davidov Ceyhun Zakir oğlu və 1997-ci il təvəllüdlü Məmmədov Coşğun Ruşan oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yaralılar dərhal tibb müəssisəsinə çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.
Избранный
4
26
azadmedia.az

10Источники