RU

Venesuelanın müvəqqəti prezidenti Rodrigez ABŞ-dan bütün sanksiyaların ləğvini istəyib



Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ABŞ-ı "tərəfdaş və dost" adlandırıb və illərdir ölkəsinə tətbiq edilən bütün sanksiyaların və blokadaların dərhal ləğvini tələb edib.
Paytaxt Karakasdakı Teresa Karreno Teatrında gənc fəallarla keçirilən tədbirdə çıxış edən Rodrigez ABŞ Prezidenti Donald Trampa müraciət edib.

Rodrigez bildirib ki, "Prezident Tramp, dost və tərəfdaş olaraq, ABŞ ilə yeni əməkdaşlıq gündəliyini başlatdığımız bir vaxtda, bütün sanksiyaları və ölkəmizə qarşı blokadanı dərhal dayandırın, çünki bu blokada həm də Venesuela gənclərinə qarşıdır".

Venesuela ilə bağlı xoş sözlərinə görə Trampa təşəkkür edən Rodrigez əlavə edib: "Venesuela heç vaxt ABŞ-ı və ya dünyanın heç bir ölkəsini təhdid edən bir ölkə olmayıb. Biz həmişə ABŞ ilə dostluğa və əməkdaşlığa əsaslanan geosiyasi anlaşmanın tərəfdarı olmuşuq".
Rodrigez, 3 yanvarda ABŞ tərəfindən Prezident Nikolas Maduro və həyat yoldaşı Cilia Floresin saxlanılmasına toxunaraq dedi: "Bu ilə 3 yanvarda pis başladıq".

Bu arada, Maduronun oğlu Nikolas Maduro Gerranın da Rodrigezi müşayiət etdiyi bildirildi.

aia.az
Tərcümə şöbəsi



Избранный
18
1
aia.az

2Источники