AZ

Venesuela ABŞ-dan bütün sanksiyaların ləğvini tələb etdi

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ABŞ-ı "tərəfdaş və dost" adlandırıb və illərdir ölkəsinə tətbiq edilən bütün sanksiyaların və blokadaların dərhal ləğvini tələb edib.

Turkustan.az xəbər verir ki, paytaxt Karakasdakı Tereza Karreno Teatrında gənc fəallarla keçirilən tədbirdə çıxış edən Rodrigez ABŞ prezidenti Donald Trampa müraciət edib.

Rodrigez bildirib ki, "Prezident Tramp, dost və tərəfdaş olaraq, ABŞ ilə yeni əməkdaşlıq gündəliyini başlatdığımız bir vaxtda, bütün sanksiyaları və ölkəmizə qarşı blokadanı dərhal dayandırın, çünki bu blokada həm də Venesuela gənclərinə qarşıdır".

Trampa Venesuela ilə bağlı xoş sözləri üçün təşəkkür edən Rodrigez bildirib ki, "Venesuela heç vaxt ABŞ və ya dünyanın heç bir ölkəsi üçün təhlükə olmayıb. Biz həmişə ABŞ ilə dostluq və əməkdaşlığa əsaslanan geosiyasi anlaşmanın tərəfdarı olmuşuq".

Prezident Nikolas Maduro və həyat yoldaşı Cilia Floresin 3 yanvarda ABŞ tərəfindən saxlanılmasına toxunan Rodrigez dedi: "Bu ilə 3 yanvarda pis başladıq".

Bu arada, Maduronun oğlu Nikolas Maduro Gerranın da Rodrigesə yoldaşlıq etdiyi bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
0
1
turkustan.az

2Mənbələr