RU

Cinayət mühakiməsi zamanı görülən işlər üçün ödənişlər artırıla bilər

Cinayət mühakimə icraatı zamanı tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən görülən işlər üçün müəyyən edilmiş məbləğə yenidən baxılması təklif edilir.

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

"Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Nazirlər Kabinetinin Qərarına əsasən, cinayət mühakimə icraatı zamanı tərcüməçi tərəfindən görülən işin haqqı bu iş cinayət prosesini həyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə hər iş saatı üçün 0,35 manat məbləğində müəyyən edilib.

Həmçinin, cinayət mühakimə icraatı zamanı mütəxəssis və ya ekspert tərəfindən görülən işin haqqı bu iş cinayət prosesini həyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə hər iş saatı üçün 0,35 manat məbləğində müəyyən edilib.

Ombudsmanın məruzəsində yuxarıda nəzərdə tutulan cinayət mühakimə icraatı zamanı tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən görülən işlər üçün müəyyən edilmiş məbləğə yenidən baxılması təklif edilir./Trend.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
6
3
olaylar.az

4Источники