RU

ABŞ Tehranda tədqiqat reaktorunun yenidən işə salınmasına razılıq verə bilər - KİV

ABŞ Tehranda tədqiqat reaktorunun yenidən işə salınmasına razılıq verə bilər - KİV

Amerika Birləşmiş Ştatları İranla apardığı nüvə danışıqlarında Tehrandakı tədqiqat reaktorunun tibbi məqsədlər üçün yenidən fəaliyyətə başlamasına icazə verilməsi ehtimalını nəzərdən keçirir.

AFN.az xəbər verir ki, bu məlumatı "The Wall Street Journal" ABŞ administrasiyasındakı anonim mənbələrə istinadən yayıb. Məlumata görə, Vaşinqton ümumilikdə İranın uranı zənginləşdirmə səviyyəsini sıfıra endirməsini tələb etsə də, bəzi güzəştlərə meyllidir. Bildirilir ki, ABŞ-ın danışıqlar qrupu Tehrandakı reaktorda yalnız tibbi izotopların istehsalı üçün lazım olan çox aşağı səviyyəli zənginləşdirmənin aparılmasına şərti razılıq verə bilər.

Bu xəbərlər fevralın 26-da Cenevrədə İran və ABŞ arasında keçirilən nüvə məsələləri üzrə üçüncü raund danışıqları fonunda yayılıb. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqai Cenevrə görüşlərinin gündəliyinin dəyişməz qaldığını, Tehranın əsas hədəfinin sanksiyaların ləğvi və nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnun tanınması olduğunu vurğulayıb. Eyni zamanda, diplomatik mənbələr bildirir ki, ABŞ tərəfi Fordo, Nətənz və İsfahandakı əsas nüvə obyektlərinin sökülməsini və zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmasını tələb etməkdə davam edir.

Избранный
21
afn.az

1Источники