RU

"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.

"Unikal" xəbər verir ki, daha sonra Prezidentlə sakinlərin səmimi dialoqu olub. 

Qadın sakin: Bizə bu sevinci yaşatdınız, qürur duyuruq Sizinlə. Cənab Prezident, razı olarsınızmı Sizin boynunuzu qucaqlayıb, üzünüzdən öpüm. Ona görə ki, 2011-ci ildə Siz mənim evimdə çıxış etmisiniz. Siz orada mənə söz verdiniz ki, vaxt gələcək torpaqlarımız alınacaq, sizə bundan da gözəl evlər tikiləcək. Şükür, Allah Sizi qorusun. Allah sənin balalarını, ailəni qorusun. Allah Sizi mərdimazarlardan, düşmənlərdən qorusun. Sizinlə fəxr edirəm.

Digər qadın sakin: Xocalını istəməyərəkdən tərk edənlər - biz xocalılılar həmişə solğun çiçəyə bənzəyirdik. Amma Sizin sayənizdə, Ordumuzun gücü, şəhidlərimizin qanları, canları bahasına, gözəl Qarabağımızın gözəl guşələrindən olan Xocalımız alındı. Biz buraya ayaq basanda mən hiss etdim ki, həmin solmuş çiçəklərimiz artıq canlanıb. Bu gün Sizə, ailənizə minnətdarıq. Bir şəhid gəlini kimi, Xocalı faciəsinin canlı şahidi kimi həmişə Sizə minnətdarıq, dəstəyik.

Prezident İlham Əliyev: Sağ olun.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Xoşbəxt yaşayın. Sağ olun.

Избранный
14
10
unikal.az

10Источники