AZ

“Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri bu gün Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, daha sonra dövlətimizin başçısı Xocalı sakinləri ilə söhbətləşib:

Qadın sakin: Bizə bu sevinci yaşatdınız, qürur duyuruq Sizinlə. Cənab Prezident, razı olarsınızmı Sizin boynunuzu qucaqlayıb, üzünüzdən öpüm. Ona görə ki, 2011-ci ildə Siz mənim evimdə çıxış etmisiniz. Siz orada mənə söz verdiniz ki, vaxt gələcək torpaqlarımız alınacaq, sizə bundan da gözəl evlər tikiləcək. Şükür, Allah Sizi qorusun. Allah sənin balalarını, ailəni qorusun. Allah Sizi mərdimazarlardan, düşmənlərdən qorusun. Sizinlə fəxr edirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Xoşbəxt yaşayın. Sağ olun.

Bizim.Media

Seçilən
16
10
bizim.media

10Mənbələr