RU

Bakıda yük avtomobilindən oğurluq edən şəxs saxlanıldı

BAKI, 26 fevral. TELEQRAF

Bakının Sabunçu rayonu ərazisində naməlum şəxs yük avtomobilindən 1200 manat dəyərində iki ədəd akkumulyator oğurlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf-a verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə talama əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı S.Həsənov müəyyən edilərək saxlanılıb.

Həmin şəxs taladığı akkumulyatorları satıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
1
1
teleqraf.com

10Источники