RU

“Stefano Ricci” kəməri belinə gəlməyən müğənnimiz Orxan Saffari yazır…

ain.az, Gununsesi saytına istinadən bildirir.

Düzünü desəm, Vasif Məhərrəmli heç vaxt mənə çatmayıb.

Ümumiyyətlə, heç onu başa da düşə bilməmişəm.

Məsələn, Azərbaycan musiqisinə pis-yaxşı hər kəsin bir xidməti var, ancaq Vasif Məhərrəmli Azərbaycan musiqisinin xidmətə yararsız müğənnisidir, “neqodnu”dur.

Doğrudan da elə adamlar var ki, onların nə zaman, necə, nə üçün məşhur olmağı adama qəribə gəlir.

Vasif Məhərrəmli tək-tük müğənnilərdəndir ki, adı gələndə adamın qulağında musiqi canlanmır. Nəinki qulağında, heç gözünün önünə də nəsə gəlmir.

Bəs Vasif Məhərrəmli bu cür bir müstəsna istedadsızlıqla necə tanınıb?

Məncə, Vasif Məhərrəmli Azərbaycanın toy cəhətdən ən kasıb müğənnisidir. Ağlıma belə gətirə bilmirəm ki, kimsə özünə şad gün etsin və sənətkar kimi Vasif Məhərrəmlini görmək istəsin. Buna heç ehtiyac da yoxdur.

Onun müğənni kimi hansı xüsusiyyəti var? Nə oxuyub? Kim sevir, kim dinləyir onu?

Heç nə yox, kimin telefonunda onun hansısa musiqi var, yol zad gedəndə dinləyir?

Ümumiyyətlə, Vasif Məhərrəmli adamın yadından tez-tez çıxır.

Mənə elə gəlir ki, Azərbaycanda bütün istedadsız adamlar Vasif Məhərrəmlidən yaxşı oxuyur.

Vasif Məhərrəmlinin, daha dəqiq desək, avazı yoxdur, simasından da sənətkarlıq yağmır, nə də indiyə qədər bir sənət nümayiş elətdirməyib.

Təsəvvür edin, uzun illərdir ki, Vasif Məhərrəmli əlində mikrafon səhnələri gəzir, ancaq indiyə qədər tək gündəmi sosial şəbəkədə ona rəy yazan birinə verdiyi cavab olmuşdu.

Bir neçə il əvvəl idi. Bir nəfər onun taxdığı kəməri bəyənmədiyi yazmışdı. Dindirsən, özünə çəkinmədən sənətkar deyəcək Vasif Məhərrəmli yazmışdı ki, “Ay çuşka, kəmər Stefano Riccidir, 1000 dollardır, sən nə bilirsən nədir?”.

Bəlkə də, Vasif Məhərəmmilinin hər şeyi var. Ancaq intellekti yoxdur deyə o kəmər çətin belinə gəlsin.

Əslində, xalqın hesabına dolanan bir müğənninin xalqın nümayəndəsi ilə belə danışması, əlbəttə, biabırçılığın pik həddi idi. Hətta Allah qoymasa, sonradan aydınlıq da gətirmişdi məsələyə.

Demişdi ki, “kütlə şəklində danışmaq başqadır, fərdə söz demək başqa. Mən bu sözü sosial şəbəkədə bir nəfərə demişəm. Niyə hamı özünə götürür? Mənim camaatla nə işim var? Mən xalqdan dolanıram, bu xalqın bir nümayəndəsiyəm. Mən kənardan gəlməmişəm axı…Millətimi təhqir etmək fikrim olmayıb, etməmişəm də. Kütlə başqa şeydir. Bir daha deyirəm, mən haqlı olaraq bir nəfərə o cavabı vermişəm. Məndən inciməsinlər, işsiz, bekar adamların işidir. Bütün günü sosial şəbəkədə qaxılıb-oturmaq bekar adamların işidir”.

Vasif Məhərrəmli elə bilir ki, guya bu cür açıqlama ilə düzəldib.

Hələ də elə fikirləşir ki, məhz bir nəfərə belə cavab vermək olar.

Elə bu cür fikirləşdiyi üçün indən belə də ondan sənətkar olası deyil.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
icma.az

1Источники