RU

Ötən ay xaricə səfər edənlərin sığortası üzrə yığımlar 80%-ə yaxın artıb

Ötən

Azərbaycanın sığorta şirkətləri xaricə səfər edən vətəndaşların sığortası üzrə cari ilin yanvar ayı ərzində 624 min manat sığorta haqqı toplayıb.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu göstəricinin həcmi 2025-ci ilin yanvar ayı ilə müqayisədə 79,8% və ya 277 min manat çoxdur. Ötən ilin ilk ayında bu sığorta növü üzrə 347 min manat sığorta haqqı toplanıb.

Ötən ay xaricə səfər edən vətəndaşların sığortası üzrə ödənişlərinin həcmi 34 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 32% və ya 16 min manat azdır. 2025-ci ilin yanvar ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 50 min manata bərabər olub.

Onu da bildirək ki, ötən ilin yanvar ayında sığorta şirkətləri sözügedən sığorta növü üzrə topladıqları hər 100 manatdan 14.4 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk ayında bu rəqəm 5.4 manat təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin yanvar ayı ilə müqayisədə 1,4 faiz azalaraq 151,9 min nəfər olub. Vətəndaşların ən çox səfər etdikləri ölkələr isə Türkiyə, Rusiya, İran və Gürcüstan olub.

Избранный
6
3
xalqcebhesi.az

9Источники