RU

Azərbaycan banklarının xalis xarici aktivləri xalis daxili aktivlərini 1,2 dəfə üstələyir

Bakı. Trend:

Bu il fevralın 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarınınxalis xarici aktivləri 26,648 milyard manat təşkil edib.

TrendAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu,aylıq müqayisədə 803,4 milyon manat (3,1%) çox, ötən ilin fevralın1-nə nisbətən isə 1,670 milyard manat (-5,9%) azdır.

Hesabat tarixinə bankların xalis daxili aktivləri isə 21,539milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 2,5 milyardmanat və ya 10,3% az, ötən ilin fevralın 1-nə nisbətən isə 4,3milyard manat və ya 24,5% çoxdur.

Beləliklə, bu ilin fevralın 1-nə Azərbaycan banklarının xalisxarici aktivləri xalis daxili aktivlərini 5,1 milyard manat və ya1,2 dəfə üstələyib.

Hesabat dövrünə Azərbaycanda cəmi aktivləri 56,936 milyardmanat, cəmi öhdəlikləri 49,529 milyard manat, balans kapitalı 7,407milyard manat olan 22 bank fəaliyyət göstərir.

Məqalədə:
Избранный
14
1
az.trend.az

2Источники