RU

Bill Qeyts Epşteynlə əlaqələrinə görə üzr istədi

Bill Qeyts Epşteynlə əlaqələrinə görə üzr istədi

"Microsoft"un qurucusu Bill Qeyts xeyriyyə vəqfinin əməkdaşları ilə keçirdiyi görüşdə cinsi cinayətlərə görə məhkum edilmiş Ceffri Epşteynlə olan əlaqələrindən danışıb və bu addımlarına görə məsuliyyət daşıdığını bəyan edib.

AFN.az xəbər verir ki, Qeyts Fondu tərəfindən yayımlanan məlumatda milyarderin heyətlə görüş zamanı sualları ətraflı və səmimi şəkildə cavablandırdığı bildirilib.

"Wall Street Journal" (WSJ) qəzetinin yazdığına görə, Qeyts işçi heyətindən üzr istəyərək, Epşteyn vasitəsilə tanış olduğu iki rus qadınla əlaqəsi olduğunu etiraf edib. Lakin o, maliyyəçi ilə münasibətləri barədə danışarkən heç bir qanunsuz iş görmədiyini və qanunsuz bir vəziyyətə şahidlik etmədiyini vurğulayıb.

Yanvar ayında ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdən sonra Qeytsin Epşteynlə əlaqələri yenidən gündəmə gəlib. 70 yaşlı iş adamı Epşteynin qurbanları tərəfindən hər hansı qanunsuzluqda ittiham olunmasa da, onunla vaxt keçirməyi böyük bir səhv və yanlış qərar kimi xarakterizə edib. Qeyts Epşteynin ətrafındakı qadınlarla və ya zərərçəkmişlərlə heç vaxt vaxt keçirmədiyini iddia edərək, yol verdiyi səhvə görə prosesə cəlb olunan digər şəxslərdən də üzr istədiyini ifadə edib.

Bill Qeyts Epşteynlə 2011-ci ildə tanış olduğunu qeyd edib. Onun keçmişini kifayət qədər araşdırmadığını boynuna alan Qeyts, 2014-cü ilə qədər Epşteynlə görüşməyə davam etdiyini bildirib. Milyarder həmçinin keçmiş həyat yoldaşı Melinda Frenç Qeytsin Epşteynlə bağlı şübhələrinə və xəbərdarlıqlarına rəğmən bu münasibəti davam etdirdiyini bildirib və bu məsələdə Melindanın haqlı olduğunu qəbul edib.

Fondun sözçüsü bu söhbətin ildə iki dəfə keçirilən rutin personal toplantısı çərçivəsində baş tutduğunu açıqlayıb. Qeyd edək ki, 27 illik evlilikdən sonra 2021-ci ildə boşanan Melinda Qeyts bu ayın əvvəlində verdiyi müsahibədə yeni sənədlərin yayımlanmasının onun nikahındakı ağrılı anları yenidən canlandırdığını söyləmişdi.

Избранный
22
afn.az

1Источники