RU

ABŞ hücum etsə, Türkiyə ordusu İrana daxil olacaq?

ain.az, Axar.az saytına istinadən bildirir.

ABŞ-ın İrana hücum edəcəyi təqdirdə Türkiyənin təhlükəsizlik səbəbləri ilə İran ərazisinə girməyi planlaşdırdığı iddiaları həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat yayıb.

“Türkiyə bölgədəki bütün münaqişələrin sülh yolu ilə həll edilməsini dəstəkləyir və davamlı sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirir. Eyni zamanda, yarana biləcək risklərə qarşı dövlətimizin aidiyyəti qurumları ilə koordinasiyalı şəkildə zəruri tədbirlər görülür", - bəyanatda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
16
axar.az

10Источники