RU

42 milyonluq səhifə Azərbaycanla bağlı paylaşım etdi - FOTO


 

Bakıdakı Dövlət Bayrağı Meydanının görüntüləri milyonlarla izləyicisi olan "Pubity" səhifəsində paylaşılıb.

Videoda bayraq dirəyinin tarixi və texniki xüsusiyyətləri barədə məlumat verilib və onun 50 mərtəbəli binadan daha hündür olduğu vurğulanıb.

2010-cu ildə inşa edilən 162 metrlik dirək vaxtilə "Ginnesin Rekordlar Kitabı"na dünyanın ən hündür  bayraq dirəyi kimi daxil edilib. Bayrağın ölçüsü 70x35 metr, çəkisi isə təxminən 350 kiloqram olub.Sonradan rekord Səudiyyə Ərəbistanı və Misirdə yenilənsə də, 2024-cü ildə aparılan yenidənqurmadan sonra dirək təxminən 191 metrə çatdırılıb və 36x72 metrlik bayraqla yenidən dünya liderləri sırasına daxil olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
2
5
olaylar.az

6Источники