RU

Aiseldən Avroviziya ya yenidən getməsi iddialarına cavab

Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Müğənni Aiselin (Aysel Məmmədova) yenidən "Avroviziya"ya getmək üçün müraciət etdiyi iddia olunub. 

Axşam.az xəbər verir ki, sənətçi bununla bağlı sualları cavablandırıb. O bildirib ki, belə bir müraciət etməyib:

"Dostlarım və izləyicilər, bildirmək istəyirəm ki, "Avroviziya" müsabiqəsinə müraciət etməmişəm. Müraciət etməyi də planlaşdırmıram. "Avroviziya" fanatlarına dəstəkləri və xoş sözlərinə görə təşəkkür edirəm. Gördüyünüz kimi, mən müsabiqələrdən asılı olmayaraq, öz yaradıcılığımla məşğulam, diqqətimi tam olaraq yeni layihələrimə yönəltmişəm".

Qeyd edək ki, Aisel 2018-ci ildə müsabiqədə ölkəmizi "X My Heart" mahnısı ilə təmsil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
axsam.az

1Источники