RU

Peskov Ukrayna münaqişəsinin həllindən danışdı

“Ukrayna münaqişənin həllinə dair danışıqlarda ən çətin məsələ məhz ərazi mövzusudur”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov VGTRK-nın jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib.

Peskov ciddi müzakirələr öncəsi ekspertlər səviyyəsində diqqətli iş aparılmalı olduğunu vurğulayıb:

"Ərazi məsələsi ən mürəkkəb olanıdır. Əlbəttə ki, hər hansı ciddi görüşdən əvvəl ekspertlər səviyyəsində çox diqqətli iş görülməlidir".

O, mövcud vəziyyətdə Kiyevin münaqişəni həll etmək üçün yol axtarışında olmadığını iddia edib.Rusiya Prezidentinin mətbuat katibi Ukrayna rəsmilərinin hazırda bütün səylərini Avropa ölkələri tərəfindən ayrılan vəsaitlərin necə xərclənəcəyinə yönəltdiyini bildirib.

Peskov Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün sammitin keçirilməsi ideyasını da qiymətləndirib.

Kremlin sözçüsü belə bir görüşün münaqişənin həllinə dair yekun sazişin imzalanması mərhələsində mümkün ola biləcəyini qeyd edib.

Избранный
14
cebheinfo.az

1Источники